“300 min azərbaycanlı Ermənistana gələcək, Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək” – Oskanyanbackend

"300 min azərbaycanlı Ermənistana gələcək, Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək" - Oskanyan

Uzun illər Ermənistanın xarici siyasət idarəsinə rəhbərlik edən, bir çox danışıqlarda küncə sıxışdırlıan Vardan Oskanyan vaxtaşırı yerli mətbuata müsahibələr verir. Son vaxtlar daha da fəallaşan keçmiş xarici işlər naziri 2008-ci ilədək aparılan danışıqlardan bəhs edib və bildirib ki, Qarabağa nəzarətin itirilməsi hər hansı planın tərkib hissəsi deyildi.

KONKRET.az xəbər verir ki, Oskanyanın sözlərinə görə, hazırkı dönəmdə qarşılaşdıqları təhlükə daha ciddidir:

“Zaman sürətlə keçir, nəsillər dəyişir və biz haradan-haraya gəldiyimizin fərqində deyilik. 2008-ci ilə qədər mənim nazirliyimin 10 ili Ermənistanın yüksəliş illəri olub. Bunu heç kim inkar edə bilməz. Qarabağ bizim nəzarətimizdə, Ermənistanın sərhədləri toxunulmaz və Meğri ilə bağlı problem yox idi. Bizim həm Şərqdə, həm də Qərbdə etibarlı müttəfiqlərimiz vardı. Biz Rusiya ilə etibarlı müttəfiq olduq, Gürcüstanla əlaqələrimizi dərinləşdirdik, İranla qaz kəməri yaratdıq, ABŞ-la Minilliyin Çağırışları Korporasiyası proqramını həyata keçirdik. Eyni zamanda Türkiyə ilə dialoq, Azərbaycanla dinamik danışıqlar prosesi apardıq. Avropa Şurasının üzvü olduq, ikirəqəmli iqtisadi artım, əhəmiyyətli xarici investisiyalar əldə etdik.

İndi minlərlə qurban verərək rüsvayçı məğlubiyyətə uğramışıq, etibarlı müttəfiqimiz yoxdur, xarici siyasət sahəsində heç kim Ermənistanı ciddi qəbul etmir, bizim xarici sərmayəmiz yoxdur. Ermənistan cəmiyyəti də heç vaxt bu qədər parçalanmamışdı. Bu gün Ermənistan hazırkı  hakimiyyətin səriştəsizliyi ucbatından təhlükələrlə üz-üzədir. Azərbaycanın tələbi ilə Konstitusiya dəyişəcək, biz artıq Qarabağdan birdəfəlik əl çəkmişik. Ermənistana 300 min azərbaycanlı gələcək, ən təhlükəlisi isə Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək”, – Oskanyan vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*