3000 il əvvəl salınmış yol AŞKARLANDIbackend

3000 il əvvəl salınmış yol AŞKARLANDI

Çin arxeoloqları ölkənin mərkəzi hissəsindəki Henan əyalətində 3 min il əvvəl çəkilmiş yolun qorunub saxlanılan 80 metrlik hissəsini aşkar ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, qədim yol UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Yinxudan keçir.

Şərqdən qərbə doğru uzanan və eni təxminən 14 metr olan yol çınqıl, sümük parçaları, saxsı qırıqları ilə döşənib.

Qazıntılar zamanı elm adamları bir neçə min il əvvəl bu yerdə sənətkarlıq emalatxanaları və yaşayış yerlərinin olduğu məhəllə aşkar edib.

Bu tapıntı mütəxəssislərə qədim Çində nəqliyyat kommunikasiyalarının inkişafı ilə bağlı yeni mühüm detalları öyrənməyə imkan verəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*