31 ildən sonra şəhidin cəsədinin tapılması ilə bağlı xəbər təkzib edildi – RƏSMİbackend

31 ildən sonra şəhidin cəsədinin tapılması ilə bağlı xəbər təkzib edildi - RƏSMİ

Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması haqqında məlumat yayılıb.

Məsələ ilə bağlı KONKRET.az-la əlaqə saxlayan Laçın rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Faiq Salahov yayılan məlumatı təkzib edib. Bildirib ki, 31 il öncə itkin düşən şəhid Rəhman Həsənovun cəsədinin tapılaraq eksqumasiya olunması ilə bağlı rayon polis və prokurorluq orqanlarında heç bir məlumat yoxdur.

Xatırladaq ki, Demokrat.az saytı Rəhman Həsənovun cəsədinin 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlandığı barədə məlumat yayıb.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*