İranın quru qoşunları komandanı qonşu ölkələrə XƏBƏRDARLIQ ETDİbackend

İranın quru qoşunları komandanı qonşu ölkələrə XƏBƏRDARLIQ ETDİ

İran ordusunun komandanı, briqada generalı Kiumərs Heydəri və İran polisi komandirinin müavini general Qasım Rezai ölkənin cənub-şərqində, Pakistan və Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətinə səfər ediblər.

KONKRET.az-ın məlumatına görə, general Heydəri səfər zamanı deyib ki, İranın Əfqanıstanla sərhədləri tamamilə ordunun quru qoşunlarının və sərhədçilərin nəzarəti altındadır və sərhəd zonasında təhlükəsizlik tam şəkildə qurulub.

İran sərhədçiləri və quru qoşunlarının beynəlxalq normalara və mehriban qonşuluğa uyğun hərəkət etdiyini deyən komandan, qarşı tərəflərin qaydalara əməl etmədiyi təqdirdə yeni qarşıdurma ilə üzləşəcəklərini bildirib.

“İran qonşu dövlətlər tərəfindən beynəlxalq qaydaların hər hansı pozuntusuna cavab verəcək”, -deyə Kiumərs Heydəri bəyan edib.

General Rezai həmçinin qeyd edib ki, İran və Əfqanıstan sərhədi bir neçə dəfə qarşı tərəfin səhvlərinin şahidi olub”.

Onun sözlərinə görə, dünən sərhəd zolağında atışma baş verib və əks tədbirlər görülüb.

“Qonşu ölkələr bilməlidir ki, ümumi sərhədlər dostluq sərhədləridir və biz heç bir bədbəxtliyin baş verməsinə imkan verməməliyik”, – general əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*