Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun ikinci qızı Süsən Rüstəmova da Londonda şirkət açıb.
KONKRET.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
“London Modalar Kollecinin məzunu olan Süsən Rüstəmova EV LDN LTD-ni İran əsilli Anita Nazənin Şahi ilə ortaqlıq əsasında bu ilin yanvarında təsis edib. Şirkət keçmiş baş bankirin qızına məxsus Belvedere Row Apartments 64, Fountain Park Way ünvanında qeydiyyatdan keçib. Elman Rüstəmov Londonun bahalı yaşayış kompleksində yerləşən mənzili qızına 2 il əvvəl 820 min funt sterlinqə alıb. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları Gyunel Limited-in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır”, – C.Həsənli qeyd edib.
Belə materialları verməklə insanları infarkt, insult etmək sizlərə hansı dividenlər gətirir? 72 yaşında təbii ki, kefimizdən deyil, övladlarımıza az-çox dayaq olmaq məqsədilə işləməyə davam etdiyimizdən, 6 illik iş stajından sonra pensiyamız yenidən hesablanarkən Azərbaycan DSMF-nin əməkdaşları anamızın ağ südü kimi halal pensiya artımımızı ən azından 4(dörd) ay geriyə çəkməklə sosial deyil, ən antihumanist addımlar atır, heç bir yüksək instansiyalı dövlət qurumları tüklərini belə tərpətmir, ancaq Azərbaycan xalqının qanını soranlar dünyanın ən ekzotik məkanlarında dəyəri milyonlarla ölçülən villalar alır, şirkətlər qurur, milyon fırıldaqlara imza atırlar, kimsə tükünü belə tərpətmir. Həyat yoldaşım hansı əziyyətlə işə gedib-gəlir, bir Yaradana bəllidir: deyirlər ki, onun halını görən qanlı qan ağlar. Ən absurd bəhanələrlə belə insanların pensiyalarına göz dikənlər, yığdıqlarını yuxarılara ötürməklə daha yuxarı mərtəbələrə dırmaşmaq yarışında ən iyrənc yollara əl atırlar. Allah yığdıqlarını belələrinə qismət edəcəksə, bizlərin taleyimizlə barışmaqdan başqa əlimizdən nə gəlir ki?
Sizin bu qız və bunun kimilərdən heç bir fərqiniz yoxdur. Qorxaq, kimlərəsə xidmət edən, adi bir materialı verməyə cürəti çatmayan bir yayım orqanısınız!