Mingəçevirdə gənc müəllim bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az xəbər verir ki, Yevlax rayon Xaldan qəsəbə tam orta məktəbin tarix müəllimi 1987-ci il təvəllüdlü Gülnar Əlizadə yaşadığı Rəsul Rza küçəsindəki evdə qazdan zəhərlənib.
Onun meyiti bu gün səhər saatlarında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)