39 məhbus döyüş zonasından Rostov vilayətinə qaçdı – Silahlıdırlarbackend

39 məhbus döyüş zonasından Rostov vilayətinə qaçdı - Silahlıdırlar

Donbassda hərbi hissədən qaçan 39 nəfərlik fərari qrup axtarılır.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar silahlıdırlar.

Belə ki, Rostov vilayətinin təhlükəsizlik qüvvələri “Fırtına Z” dəstəsinin Lisiçansk şəhərindən qaçan fərarilər barədə məlumat alıb. Luqansk Xalq Respublikasından verilən məlumata görə, fərarilik edən hərbçilər keçmiş məhbuslardır. Qaçan zaman onları dayandırmağa çalışan Luqansk Dövlət Təhlükəsizlik Nazirliyinin hərbçisi həlak olub.

Rostov vilayətinin polis əməkdaşları fərarilərin Rusiya ərazisinə mümkün müdaxiləsinin qarşısını almaq üçün keçid məntəqələrində patrul xidmətini gücləndiriblər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*