4 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldübackend

4 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü

Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Camal Nuru oğlu Xalıqov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 69 yaşlı C.Xalıqov oktyabrın 8-i Şəki-Marxal avtomobil yolunda 1996-cı il təvəllüdlü Afiq Asif oğlu Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulmuşdu.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*