4 nəfər evdə diri-diri yandı: 2-si uşaqdırbackend

4 nəfər evdə diri-diri yandı: 2-si uşaqdır

Rusiyanın Omsk vilayətində evdə baş verən yanğın ölümlə nəticələnib.

KONKRET.az xəbər verir ki, hadisə İliçevka kəndində qeydə alınıb. Yanğın 4 nəfərin – iki uşaq və iki yeniyetmənin həyatına son qoyub.

Xilasedicilər binaya baxış keçirərkən 2 və 4 yaşlı uşaqların, həmçinin 17 və 19 yaşlı yeniyetmələrin meyitlərini aşkar ediblər. İlkin məlumatlara görə, yanğın zamanı uşaqların valideynləri evdə olmayıb.

Söndürmə işlərinə bir neçə yanğınsöndürmə texnikası cəlb olunub. Yanğın 64 kvadratmetr ərazini əhatə edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*