4 nəfər koronavirus testindən imtina etdi – AXTARIŞ ELAN OLUNDUbackend

4 nəfər koronavirus testindən imtina etdi - AXTARIŞ ELAN OLUNDU

Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar.

KONKRET.az-ın verdiyi məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib. Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.

Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib./qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*