4 qız karantin zamanı “Kədərli ana” abidəsi önündə rəqs etdi – VİDEObackend

4 qız karantin zamanı “Kədərli ana” abidəsi önündə rəqs etdi – VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Kədərli ana” abidəsinin önündə rəqs edən qızlar həbs olunub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hadisə ötən ay baş verib.

Bu haqda video sosial şəbəkədə yayılıb. Videodan görsənir ki, dörd qız Daşkənddəki “Kədərli ana” abidəsi önündə rəqs edirlər.

Yerli mediaya görə, hüquq-mühafizə orqanları karantin pozanları saxlayıb. Saxlanılan qızların etiraf etdiyi kimi, video cari ilin aprel ayında, gecə saat 23:30 radələrində karantin rejimi zamanı çəkilib.

Bundan əlavə, qızlar videoda ədəbsiz sözlər işlədir və ictimai qaydanı pozurlar.

Məhkəmənin qərarı ilə həbs olunan dörd şəxsin hamısı karantin və kiçik xuliqanlıq qaydalarını pozmaqda günahkar bilinib.

Qızlardan biri hamiləliyinə görə yalnız cərimə edilib. Qalan iştirakçılar cərimə ilə yanaşı 15 gün müddətinə həbs cəzası alıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*