40 yaşlı qadın 11-ci uşağını dünyaya gətirdi – Hamısının adı “Ş” hərfi ilə başlayırbackend

40 yaşlı qadın 11-ci uşağını dünyaya gətirdi - Hamısının adı "Ş" hərfi ilə başlayır

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda 11-ci uşaq Əndican sakinləri Şükürjon və Nəsibaxon Kadiroxunovların ailəsində dünyaya gəlib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sentyabrın 7-də Əndican Regional Perinatal Mərkəzində anadan olan qızın, həm də ananın səhhəti yaxşıdır.

“Mən böyük bir ailədə doğulub böyüdüm. Yeddi qız və bir oğuldan ibarət ailənin beşincisiyəm. 21 yaşımda evləndim. O zaman çox gec evlənəcəyimi düşünürdüm. Demək olar ki, bütün sinif yoldaşlarım artıq evli idilər. Mən olanda 22 yaşında, ilk övladım dünyaya gəldi. Onun adını Şukrona qoyduq, indi 18 yaşındadır, ailəmizdə 8 qız və 3 oğlan var. Bütün uşaqlara ərinin adının ilk hərfi ilə ad verdik: Şukrona, Şunkorbek, Şohidbek, Şukufa, Şukura, Şoniso, Şahina, Şavkiya, Şayxullo və Şəmsinur. 3,9 kiloqram ağırlığında dünyaya gələn səkkizinci qızımıza Şodiyon adını vermək niyyətindəyik”. Şifobaxş telegram kanalına xoşbəxt ana belə deyib.

O, bir çoxunun on bir uşaq anası olduğuna inanmadığını etiraf edib.

“İndi də mənimlə eyni palatada olan analar inana bilmirlər. Bəlkə də gənc göründüyüm üçün bəzi insanlar şübhə ilə yanaşır” deyib Nəsibaxon.

Bütün körpələrin təbii olaraq doğulduğu bildirilir.

                   

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*