Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.