Hindistanın mərkəzi Madhya Pradeş ştatında həkimlər davamlı qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 44 yaşlı Kamla Bai adlı qadının mədəsində qayçı aşkar ediblər.
KONKRET.az xəbər verir ki, həkimlər xəstəni iki il əvvəl əməliyyat edən zaman qayçını unudublar. Kompüter tomoqrafiyası göstərib ki, bütün bu müddət ərzində Kamla qayçını bədənində daşıyıb. Dəfələrlə ciddi ağrı səbəbindən xəstəxanaya şikayət edən pasient müxtəlif diaqnostik testlərdən keçib. Kamlanın ailəsi onu əməliyyat edən həkimləri məhkəməyə verib. Eyni zamanda, klinika əməkdaşları hadisə ilə bağlı tam hesabatın tərtib edilərək əlavə baxılması üçün səlahiyyətli orqanlara göndəriləcəyini bildiriblər.
Vəli Həsənoğlu,
KONKRET.az