Xaçmazda qadın dəm qazından ölüb.
KONKRET.az xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Əmrahova Mətanət Niyazəddin qızı yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsi ev 39 ünvanında yerləşən evinin hamamında dəm qazından zəhərlənərək vəfat edib.