İranın yeni hiyləsi: Azərbaycanda 5-ci kolon hərəkətə keçirbackend

İranın yeni hiyləsi: Azərbaycanda 5-ci kolon hərəkətə keçir

Xəbər verildiyi kimi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində ölkə prezidenti Məsud Pezeşkianla görüşüb. Dövlət başçısı görüş zamanı diqqətçəkən açıqlama ilə yadda qalıb.

O bildirib ki, İranın Azərbaycanla bağlı siyasətində bəzi səhvləri olub:

“Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur. Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir. Biz daha yaxın olmalıyıq. Azərbaycanla daha böyük işlər görməliyik. Düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik”.

Maraqlıdır, zaman-zaman rəsmi Tehranın Azərbaycana qarşı zidd və təxribat xarakterli bəyanatlarının şahidi olmuşuq. Pezeşkianın açıqlamasını səmimi qəbul etmək olar, yoxsa bu siyasi manevrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, İran Azərbaycana qarşı siyasətində heç vaxt səmimi olmayıb:

 

“İranın Azərbaycana qarşı siyasəti səmimi deyil. Məsud Pezeşkianın prezident seçilməsində əsas məqsədlərindən biri də narazı türk xalqını hakimiyyət elektoratına çevirmək olub. Ölkəmizə qarşı münasibətdə dövlət başçısının Azərbaycan kartından istifadə etməsi sözügedən məsələlərlə bağlıdır. Onun Şahin Mustafayevlə görüşdə səsləndirdiyi fikirlər siyasi manevrdir. Pezeşkianın bu cür yumşaq xətt seçməsi, Azərbaycandakı 5-ci kolona, agent şəbəkəsinə gizlin şəkildə çatdırılmış mesaj idi. O, cəmiyyətimiz arasında müsbət imic yaratmağa cəhd edir. Lakin reallıqda isə hər şey fərqlidir”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*