Beş ölkə imtina etdi, nəhayət Kambocada dayandıbackend

Beş ölkə imtina etdi, nəhayət Kambocada dayandı

Beş ölkə girişinə imtina etdikdən sonra iki həftə dənizdə üzən Westerdam kruiz gəmisi Kambocaya gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İnterfaks agentliyi yayıb.

Mənbə bildirir ki, layner Kambocanın liman şəhəri olan “Sihanoukville”də lövbər salıb.

Westerdam gəmisi fevralın 1-də Honkonqdan ayrılıb. 1445 sərnişini və 802 ekipaj üzvü olan gəmidə koronavirus xəstəsi olmadığı iddia edilir, amma ona hansısa ölkədə dayanmağa icazə verilməyib.

Bundan əvvəl gəmi Tailand, Yaponiya, Tayvan və Filippində, ABŞ-ın Guam adasında dayanmağa çalışmışdı.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların koronavirus xəstəliyinə tutulduğunu elan edib. Xəstəliyin törədicisi “2019-nCoV”un yeni növüdür.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*