Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları məhv edilib.
KONKRET.az-a bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, AZ FP CO LTD MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.