5000 minə yaxın müəllimin işinə xitam verildi – SƏBƏBbackend

5000 minə yaxın müəllimin işinə xitam verildi - SƏBƏB

İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.

KONKRET.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.

Qeyd edək ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət ve fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*