Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbərliyi arasında münasibətlərdə gərginlik davam edir. Gərginliyin əsas səbəbi hökumətə yaxın dairələrin kilsənin maliyyə fəaliyyətinə nəzarət etmək niyyətidir.
KONKRET.az xəbər verir ki, “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyası kilsənin dövlətə maliyyə hesabatı təqdim etməsini nəzərdə tutan qanun layihəsi üzərində işləməyə hazırlaşır. Bu barədə fraksiyanın katibi Artur Ovannisyan sosial şəbəkədə paylaşım edib.
Ovannisyan bildirib ki, özünün “Facebook” səhifəsində keçirdiyi sorğuda iştirak edən 2679 nəfərin 96 faizi (2575 nəfər) kilsənin dövlət qarşısında hesabatlı olmasını dəstəkləyib. Yalnız 4 faiz (104 nəfər) isə bunun əleyhinə çıxıb.
Fraksiya katibi qeyd edib ki, bu nəticələr qanunvericilik təşəbbüsü üçün ciddi əsas yaradır.
KONKRET.az