56 yaşlı kişi yerdə tapdığı pulla milyonçu oldubackend

56 yaşlı kişi yerdə tapdığı pulla milyonçu oldu

ABŞ-da maraqlı hadisə baş verib. Şimali Karolina ştatında dülgər işləyən 56 yaşlı Cerri Hiks yolda 20 dollar tapıb. Bu 20 dollara yanacaqdoldurma məntəqəsindən “skretch” kartı alan adam həyatını dəyişən bir sərvət qazanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şanslı adam aldığı biletdən 1 milyon dollarlıq cekpot qazanıb. Hiks əslində başqa bilet axtardığını, lakin o bileti bazarda tapa bilməyəndə fərqli bir “skretch” bileti aldığını deyib.

Şimali Karolina Təhsil Lotereya Mərkəzinə gedən və cümə günü mükafatını alan Hiks bonusunu 20 illik ödəniş planı əvəzinə birdəfəlik nağd ödəniş kimi almağa üstünlük verib.

Hiks pulu uşaqlarına kömək etmək və dülgərlik karyerasında 56 ildən sonra təqaüdə çıxmaq üçün istifadə etməyi planlaşdırdığını açıqlayıb. Ancaq Hiks ilk olaraq bu pulun bir hissəsi ilə dincələcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*