6,5 milyardlıq kokain müsadirə edildibackend

6,5 milyardlıq kokain müsadirə edildi

Əməliyyat zamanı Rusiyanın qara bazarında təxmini dəyəri 2,5 milyard rubldan çox olan 673 kiloqram kokain müsadirə edilib.

KONKRET.az xəbər verir ki, cinayətkar dəstənin üzvləri “iş başında” yaxalanıb.

Təhlükəsizlik rəsmiləri belə bir partiyanın pərakəndə satışının cinayətkarlara ən azı 6,5 milyard rubl qazandıra biləcəyini qeyd ediblər.

“Latın Amerikası kokainin topdansatış partiyasını Moskvada satmaq cəhdləri qeydə alınıb. İki Rusiya vətəndaşının şəxsiyyəti müəyyən edilib. Onlar çoxmərhələli narkotik kampaniyası aparmaq üçün sərhədyanı rayonlardan Moskva vilayətinə gəlmişlər”- deyə, açıqlamada deyilir.

Saxlanılan şəxslər barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsində bu cinayətə görə ömürlük həbsə qədər cəza nəzərdə tutulur.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*