“6-8 ildən sonra bu binaların Bakı küləyindən çirklənən şüşələrini yumağa pul olmayacaq” – AÇIQLAMAbackend

“6-8 ildən sonra bu binaların Bakı küləyindən çirklənən şüşələrini yumağa pul olmayacaq” - AÇIQLAMA

Tanınmış iqtisadçı ekspert, REAL-ın icra katibi natiq Cəfərli Bakı Bulvarında çəkdiyi şəkili öz sosial şəbəkə hesabında paylaşıb. Onun fotoya verdiyi şərh maraqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, Natiq Cəfərli belə deyib: “Səhər bulvarda gəzərkən çəkdim. Gözəl görünür, deyilmi?! Hələ ki, bu binaları inşa etməyə və tikintini bitirməyə pul var: “Hazır olandan sonra hələ 2-3 il şüşələri silməyə də pul olacaq. Amma 6-8 ildən sonra indiki idarəetmə və iqtisadi modellə bu binaların Bakı küləyindən çirklənəcək şüşələrini yumağa belə pul olmayacaq. Ölkəni yeni, effektiv, rifah halını yüksəldən sistemə keçirmək üçün 6-8 il vaxtı var”.

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əlavə edib ki, köklü idarəetmə islahatları olmasa, məmləkəti “Qabon effekti” gözləyir: “1980-ci illərdə Qabona böyük neft pulları gəldi, ölkə tikinti meydançasına döndü. 90-cı illərdə villaların, VİP mənzillərin-ofislərin qiyməti 5-6 milyon dollara qalxdı, icarəsi aya 10 min dollardan başlayırdı. Cəmi 10 il sonra isə 5-6 milyon dollara olan villalar və mənzillər 15-20 min dollara belə alıcı tapmırdı” – deyə Cəfərli fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*