6 ay fasiləsiz hıcqırdı, diaqnoz qoyulmadı — SƏBƏBbackend

6 ay fasiləsiz hıcqırdı, diaqnoz qoyulmadı — SƏBƏB 

Altı aydır davam edən hıçqırıqlardan sonra Qaziantepdən olan 32 yaşlı Rokan Musa uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.

KONKRET.az xəbər verir ki, Suriya əsilli Musa təxminən bir ay əvvəl çox sayda xəstəxanaya müraciət etsə də, ona diaqnoz qoyulmurdu.

Təxminən bir ay əvvəl Qaziantep Şəhər Xəstəxanasına müraciət edən Musa Sinə Cərrahiyyəsi Poliklinikasında müayinə olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Bir müddət müşahidə altında saxlanıldıqdan sonra 5 gün əvvəl həyata keçirilən cərrahi əməliyyatdan sonra sağlamlığına qovuşub.

Əməliyyatı həyata keçirən cərrah, həkim Onur Bayrakçı Anadolu Agentliyinin (AA) müxbirinə daha əvvəl bu halla rastlaşmadıqlarını bildirib. O, qeyd edib ki, hıçqırıqlar adətən diafraqma əzələsini (ağciyərlərin və ürəyin bir az aşağıda yerləşən tənəffüs sisteminin əsas əzələsi) idarə edən “phrenic” sinirdən qaynaqlanır.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*