6 yaşlı ögey qızına işgəncə verdiyinə görə üç il həbs cəzası aldıbackend

6 yaşlı ögey qızına işgəncə verdiyinə görə üç il həbs cəzası aldı

Rusiyanın İvanovo şəhərində altı yaşlı ögey qızını döyən şəxs üç il həbs cəzası alıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat Rusiya İstintaq Komitəsinin saytında yer alıb.

27 yaşlı gənc bir neçə ay ərzində ögey qızını anası evdə olmadığı zaman dəfələrlə kəmərlə döyüb, təhqir edib və ruhi əzab verib.

Uşağın nənəsi bunu öyrəndikdən sonra qızın ögey atasından hüquq-mühafizə orqanlarına şikayət edib.

“Məhkəmənin hökmü ilə oğlan üç il həbs cəzasına məhkum edilib. Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək” deyilir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*