60 yaşında meydana çıxan vitse-prezidentlə bağlı intizam işi açıldıbackend

60 yaşında meydana çıxan vitse-prezidentlə bağlı intizam işi açıldı

KONKAKAF Liqasında keçirilən “İnter Munqotapu” (Surinam) – “Olimpia” (Honduras) matçında 54 dəqiqə meydanda olan Surinamın vitse-prezidenti Ronni Bryunsviyklə bağlı intizam işi açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə KONKAKAF-ın mətbuat xidməti məlumat yayıb.

Surinamın vitse-prezidenti və “İnter Munqotapu” klubunun kapitanı olan Ronni oyun alqı-satqısında ittiham olunur.

Sosial şəbəkədə onun “Olimpiya” klubu ilə matçdan sonra paltardəyişmə otağında rəqib komandanın futbolçularına pul payladığını əks etdirən video yayılıb.

Ronni Bryunsviyk “Olimpiya”ya 0:6 hesabı ilə uduzduqları matçda start heyətində meydana çıxıb və 54 dəqiqə oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*