61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edildibackend

61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edildi

4-22 iyul 2025-ci il tarixləri arasında Türkiyənin müxtəlif bölgələrində baş vermiş 61 meşə yanğını ilə bağlı 23 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 4-ü barəsində həbs qətimkan tədbiri seçilib, 19-u isə məhkəmə nəzarəti altına alınıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, “Yeni Şafak” xəbər verir ki, araşdırmalar zamanı yanğınların əksəriyyətinin insan faktoru – ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş verdiyi müəyyən edilib. Qeyd olunan müddətdə ölkənin müxtəlif bölgələrində, xüsusilə Eskişehir, Balıkesir, Uşak, Tekirdağ, Tunceli, Konya, Kütahya, Bolu, Manisa və Bilecik vilayətlərində baş verən yanğınların səbəbləri və məsul şəxslər araşdırılıb.

Məlum olub ki, bəzi yanğınlar presləmə və otbiçmə maşınlarından çıxan qığılcımlar, kombaynların fəaliyyəti zamanı yaranan alovlar, qaynaq aparatı ilə görülən işlər, hətta çay dəmləmək üçün yandırılan od nəticəsində baş verib.

Bəzi hallarda isə vətəndaşların məsuliyyətsiz davranışları – məsələn, quru otların yandırılması və ya avtomobil mühərrikindən çıxan istilik səbəbilə yanğınların meşə ərazilərinə yayılması müşahidə edilib.

Hadisə ilə bağlı istintaq davam edir. Hüquq-mühafizə orqanları meşə yanğınlarına səbəb olan hər kəsə qarşı sərt tədbirlərin görüləcəyini bildirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*