62 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı – Saxlanıldıbackend

62 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı - Saxlanıldı

Avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*