64 yaşlı kişi ilə arvadının meyiti tapıldıbackend

64 yaşlı kişi ilə arvadının meyiti tapıldı

Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

KONKRET.az-ın “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 64 yaşlı Mustafa Babayev asılı vəziyyətdə, 63 yaşlı arvadı Sayalı Babayeva isə üzərində xəsarət izi olmadan ölü vəziyyətdə aşkar edilib.

Meyitlər müayinə üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma başlayıb. Hadisənin dəqiq səbəbləri ekspertiza və istintaqdan sonra məlum olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*