Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.
KONKRET.az APA-ya istinadən bildirir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.