Koronavirusdan bir ailənin 3 üzvü öldü – Qazaxıstandabackend

Koronavirusdan bir ailənin 3 üzvü öldü - Qazaxıstanda

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Akmola vilayətində koronavirusdan eyni ailədən olan ata, ana və oğul ölüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumatı vilayətin baş sanitar həkimi Aynagül Musina bildirib.

“Oğul valideynlərini ziyarət etmək üçün Nur-Sultandan gəlib. Nəticədə, bir neçə gündən sonra atası qan damarının kəskin tıxanması nəticəsində ölüb. Şənbə günü isə anası vəfat edib. O, rayon xəstəxanasına aparılıb. Ürək problemi ilə yanaşı, ikitərəfli irinli sətəlcəmi olub. Reanimasiyada müalicəsi uğursuz olub və iki saatdan sonra dünyasını dəyişib. Laboratoriyada COVID-19-a yoluxduğu təsdiqlənib.

Onları ziyarətə gələn oğulda da koronavirus infeksiyası olub. İki həftədən çox yoluxucu xəstəliklər xəstəxanasında ağır vəziyyətdə yatıb. Hər gün onun vəziyyəti pisləşib. Həkimlər lazım olan bütün yardımları göstərsələr də nəticəsi olmayıb. Hazırda bacısında da koronavirus aşkar edilib” deyib Aynagül Musina.

Sanitar həkimin sözlərinə görə, qızın vəziyyəti sabitləşib.

“Ancaq araşdırma apardığımız zaman oğlanın dostunun da ailəsi ilə birgə virusa yoluxduğu üzə çıxıb. Hətta həmkarları da koronavirus daşıyıcılarıdır. Bacısından isə iş yoldaşları və rəfiqəsi virusa yoluxub. Koronavirus zənciri bununla bitməyib. Onların yaxınları da yoluxub. Nəticədə 3 nəfər ölüb, 15 nəfər  xəstəxanaya yerləşdirilib. Yəqin yenə xəstələnənlər var”, deyə vilayətin baş sanitar həkimi bildirib.               

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*