Braziliyanın “Fluminense” klubu yeni baş məşqçisini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Renato Qauço ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.
O artıq 7-ci dəfədir “Fluminense”yə baş məşqçi təyin edilir. Qauço Rio-de-Janeyro klubunu ilk dəfə 2002-2003 mövsümündə, sonuncu dəfə isə 2014-cü ildə çalışdırıb. Komanda 2007-ci ildə onun rəhbərliyi altında Braziliya kubokunu qazanıb.