Noyabr ayında ABŞ-ın Miçiqan əyalətində noyabr ayında 70 illik toy ildönümünü qeyd edən cütlük 20 dəqiqə fasilə ilə dünyasını dəyişib.
Konkret.az xarici mediaya istinadən xəbər verir ki, 90 yaşlı Les və Freda Austin cütlüyü yataqlarında keçiniblər.
Cütlüyün qızı bildirib ki, əslində onların birlikdə dünyasını dəyişməsi doğru oldu. “Bir-birindən ayrı qalmaları hər ikisinə işgəncə olardı. Onlar hər şeyi birlikdə etdilər. Ölümləri zamanı da bundan vaz keçmədilər. Məncə bir-birilərinin ölümündən xəbərləri var idi. İndi sonsuza qədər birlikdə olacaqlar” deyə cütlüyün qızı əlavə edib.
Les və Freda Austin ilk dəfə orta məktəbdə tanış olub və 1949-cu ildə ailə həyatı qurublar.
Hazırladı: Günel MUSEYİB