76 nəfərin öldüyü oteldə yanğını ONLAR TÖRƏDİB? – Nazirdən AÇIQLAMAbackend

76 nəfərin öldüyü oteldə yanğını ONLAR TÖRƏDİB? – Nazirdən AÇIQLAMA

Türkiyədə baş verən faciəvi yanğınla əlaqədar 9 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib. Nazir hadisə ilə bağlı açıqlamasında aşağıdakı sözləri qeyd edib:

“Otelin fəaliyyətə başladığı ilk gündən indiyə qədərki bütün müddət araşdırılır.  Tələb olunan hüquqi prosedurla bağlı nə laqeydlik varsa, bu inzibati araşdırma nəticəsində həqiqət üzə çıxacaq. Hamımız bunu millətimizlə birlikdə paylaşacağıq. Bizə bu acını yaşadan kim və ya kimlərdirsə, kimlər məsuldursa, Türk milləti adından qərar verən ədalətdən heç bir şəkildə qaça bilməyəcəklər”.

Qeyd edək ki, ötən gün Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində oteldə baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*