79 yaşlı qadın evdə yanaraq öldübackend

79 yaşlı qadın evdə yanaraq öldü

İsmayıllı rayonunda 79 yaşlı qadın evdə yanaraq ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun Quşencə kəndində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*