Avqustun 12-də “7Times.az” saytı fəaliyyətinin 3 illiyini qeyd edib.
KONKRET.az xəbər verir ki, 2020-ci ilin bu günündə fəaliyyətə başlayan internet resursu ötən müddət ərzində ölkənin tanınan saytlarından birinə çevrilib.
Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan “7Times.az” 3 il ərzində geniş oxucu auditoriyası toplayıb. Ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında baş verən hadisələri dəqiq və operativ işıqlandırmaqla yanaşı, vətəndaş müraciətlərinin araşdırılmasında da fəallıq göstərib.
“7Times.az həm də bu nailiyyəti fədakar əməkdaşları sayəsində qeyri-məqbul iş şəraitində əldə etməyi bacarıb.
Saytın 3 illiyi münasibətilə peşəkar kollektivi, nüfuzlu media orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri bir araya gəlib.
Tədbirdə, həmçinin, “Dostluq” nominasiyası üzrə mükafatlandırma mərasimi də təşkil olunub.
Saytın rəhbəri Cəlal Fərzəliyev nüfuzlu media qurumlarının nümayəndələrinə plaketlər təqdim edib.