Bakının 8 Noyabr prospektində işıqforun işləməməsinin səbəbi məlum olub.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, qeyd olunan yolda işıqforun işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:
“Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə aidiyyəti qurum tərəfindən işlər görülür” – deyə Ö. Xıdırov bildirib.
Bakının 8 Noyabr prospektində işıqfor işləmir.
KONKRET.az xəbər verir ki, axşam saatlarında, prospektin “Nargilə” dairəsi istiqamətindəki işıqforun fəaliyyətində texniki nasazlıq yaranıb.
Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, sürücülər saatlarla yolda qalıblar.