80 yaşlı kişinin başına iş gəldi – Milçəyi qovdu, nəticədə evi partladıbackend

80 yaşlı kişinin başına iş gəldi - Milçəyi qovdu, nəticədə evi partladı

Fransada 80 yaşlı kişinin yeməyinə mane olan milçəyi öldürmək istəyi nəticədə evinin partlaması ilə nəticələnib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Mirror” nəşri yayıb.

Mənbə bildirir ki, hadisə ötən cümə baş verib. Kişi həşəratı elektrikli milçək öldürən aparatla məhv etmək istəyib. Ancaq onun evində qaz balonunun sızdığından xəbəri olmayıb.

Nəticədə aparatın qığılcımı partlayışa səbəb olub.

Partlayış mətbəxi və evin damının bir hissəsini dağıdıb.

Kişi əlindən yanıq xəsarəti alıb və müayinə üçün Liburn xəstəxanasına aparılıb.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*