Qarabağ Universitetini 1969-cu ildən fəaliyyətə başlamış ali təhsil müəssisəsi hesab edirik.
KONKRET. az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin ildən 1988-ci ildə orada ali təhsil müəssisəsi fəaliyyət göstərib:
“800-1000 tələbənin Xankəndidə təhsil almasını planlaşdırıq. Əsas tədris və idarəetmə heyətinin daimi yerləşdirilməsi nəzərdə tutulub. İlkin mərhələdə onların sayı 30-40 nəfər olacaq. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulub. Növbəti ildən ənənəvi qəbul prosesi ilə I kurslara qəbul aparılacaq.”.