82 yaşlı qadının pullarını oğurlayan “polis” saxlanıldıbackend

82 yaşlı qadının pullarını oğurlayan "polis" saxlanıldı

Rusiyanın Orenburq vilayətində polis müstəntiq adı altında təqaüdçünü qarət edən şəxsi saxlayıb.

KONKRET.az xəbər verir ki, 82 yaşlı Orenburq sakini hüquq-mühafizə orqanlarına şikayət edib. Qadın ondan 120 min rubl (təxminən 1958 manat) oğurlandığını deyib.

Təqaüdçünün sözlərinə görə, onun evinə naməlum şəxs gələrək özünü müstəntiq kimi təqdim edib.

Söhbət zamanı “müstəntiq” bir stəkan su istəyib. Təqaüdçü otaqdan çıxanda o, 120 min rublu oğurlayaraq yoxa çıxıb. Oğurluqda şübhəli bilinən 28 yaşlı Sverdlovsk vilayətindən olan şəxs saxlanılıb. O, təqaüdçünün pəncərələrini təmir etdiyini və işi bitirdikdən sonra onu soymaq qərarına gəldiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*