Soçi dağlarında turistlər itkin düşüb – 8-i uşaqdırbackend

Soçi dağlarında turistlər itkin düşüb – 8-i uşaqdır

3 böyük və 8 uşaqdan ibarət qrup Soçidə dağlarında itib.

KONKRET.az xəbər verir ki, məlumatı Rusiya mətbuatı ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da saat 23.25-də Fövqəladə Hallar Nazirliyinə 11 nəfərlik bir qrupun Soçidə olduğu və qohumları ilə əlaqə saxlamadığına dair siqnal daxil olub.

9-16 yaş arası 8 uşaq da daxil olmaqla 11 nəfərlik qeydiyyatdan keçməmiş bir qrupun sentyabrın 6-da səhər saatlarında Esto-Sadok kəndindən dağ meşəsinə, Roza Pik bölgəsindəki gölə tərəf (hündürlüyü 2320 metr) getdiyi məlum olub.

Bir daha geri qayıtmayıblar.

Axtarış-xilasetmə işləri davam etdirilir.

7 sentyabr saat 01: 27-dək Roza-Xutor xizək kurortundakı yollarda və göl sahillərində aparılan axtarışlar nəticə verməyib.

Saat 02: 05-də Soçidə axtarış və xilasetmə əməliyyatları üçün əməliyyat qərargahı yaradılıb. Keçilə bilməyən yerlərdə axtarış aparmaq üçün beş atla heyətin cəlb edilməsi planlaşdırılır.

Ümumilikdə axtarış və xilasetmə işlərinə 64 nəfər və 12 texnika cəlb edilib.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*