Jirinovski: “Yefremov iki ildən sonra şərti azadlığa buraxılacaq”backend

Jirinovski: “Yefremov iki ildən sonra şərti azadlığa buraxılacaq"

Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski aktyor Mixail Yefremovun ölümlə nəticələnən bir qəza hadisəsindəki hökmünə münasibət bildirib. Onun fikrincə, sənətçi iki ildən sonra sərbəst buraxıla bilər.

KONKRET.az xəbər verir ki, o, məhkəmənin hökmünün müxtəlif instansiyalardakı apellyasiya şikayətləri ilə əhəmiyyətli dərəcədə azaldıla biləcəyini izah edib.

Bundan əlavə, Yefremovun 2021-ci ildə elan oluna bilən amnistiyaya düşməsi də mümkündür.

“İki ildən sonra şərti azadlığa buraxılacaq, hamısı budur! Hər halda, koloniyada beş ildən az vaxt keçirəcək”. Jirinovski “Radio 1” nəşrinə belə deyib.

Siyasətçi koloniyada Yefremovun kitabxanaçı olaraq çalışacağını və teatr dərnəyinə rəhbərlik edəcəyini təklif edib.

O, ölkənin artıq üç ay davam edən “Yefremov işi”ndən, müxalifət lideri Aleksey Navalnı və Belarus hadisələri barədə xəbərlərdən bezdiyini də əlavə edib.

“İndi Yefremov dastanı bitdi, ümid edək ki, Navalnının dastanı da bitəcək”, – deyib.

İyunun 8-də Mixail Yefremovun Jeep Grand Cherokee avtomobili qarşıdan gələn zolağa çıxaraq Moskvanın mərkəzində mikroavtobusa çırpılıb. İkinci avtomobilin yaralanan sürücüsü xəstəxanada ölüb. Prokuror aktyora 11 il həbs cəzası istəyib. Məhkəmə onu səkkiz il həbs cəzasına məhkum edib və işdəki zərərçəkənlərdən birinə, daha doğrusu ölən sürücünün oğluna 800 min rubl ödəməsini əmr edib.

NEWS.ru saytının yazdığı kimi, prodüser İosif Priqojin Yefremova verilən cəzanı “ayıb” adlandırıb: “Maraqlarını Elman Paşayev yox, başqa bir vəkil təmsil etsəydi, daha az cəza alardı”.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*