Türkmənistanda iqtisadi nailiyyətlər sərgisi keçiriləcək – Oktyabrın 27-də müstəqil dövlət olubbackend

Türkmənistanda iqtisadi nailiyyətlər sərgisi keçiriləcək - Oktyabrın 27-də müstəqil dövlət olub

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan ölkənin müstəqilliyinin 29-cu ildönümünə həsr olunmuş İqtisadi Nailiyyətlər Sərgisinə ev sahibliyi etməyə hazırlaşır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sərgidə iqtisadiyyatın bütün sahələrinin əsas müəssisə və təşkilatlarının stendləri və pavilyonları nümayiş olunacaq. Həm dövlət qurumları, həm də özəl şirkətlər öz nailiyyətlərini və perspektivlərini təqdim edəcəklər.

Həm də bu günlərdə rəqəmsal iqtisadiyyata dair elmi və praktiki konfransın keçirilməsi planlaşdırılır. Forum zamanı Türkmənistanda rəqəmsallaşdırma məsələlərinə, onun vəzifələrinə və həllində irəliləyişlərə baxılması da nəzərdə tutulub.

Türkmənistan xalqı 27 oktyabrda ölkənin ən vacib dövlət bayramını – Müstəqilliyin 29-cu ildönümünü qeyd edəcək.

27 oktyabr 1991-ci ildə Türkmənistan SSR Ali Soveti ümumxalq səsverməsinin nəticələrinə əsaslanaraq “Türkmənistanın müstəqilliyi və dövlət quruluşunun əsasları haqqında” Konstitusiya Qanunu qəbul edib.

Qanun Türkmənistan SSR əraziləri daxilində müstəqil bir dövlət elan edib.

27 və 28 oktyabr Türkmənistanda tətil günləridir.

               

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*