89 yaşlı kişi koronavirusdan öldübackend

89 yaşlı kişi koronavirusdan öldü

Ermənistanın “Nork” yoluxucu Klinik Xəstəxanasında ölüm halı qeydə alınıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin mətbuat katibi Facebook səhifəsində yazıb.

“Nork” yoluxucu Klinik Xəstəxanasında 89 yaşlı kişidə iki tərəfli infiltrativ pnevmoniya ilə təsdiqlənmiş koronavirus tapılıb. Bundan əlavə, vətəndaşda xroniki xəstəliklər, o cümlədən arterial hipertoniya, şəkərli diabet var idi. Təəssüf ki, onun yaşı və əlaqəli xəstəliklər səbəbindən həyatını xilas etmək mümkün deyildi” deyə yazıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*