9-cu sinif şagirdi ilk dərs günündə öldü – Özbəkistandabackend

9-cu sinif şagirdi ilk dərs günündə öldü - Özbəkistanda

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın Djizak vilayətinin Şərəf-Rəşidov rayonunda 11 saylı orta məktəbdə tədris ilinin ilk günündə 9-cu sinif şagirdi dərs zamanı huşunu itirərək vəfat edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə yerli Sevimli telekanalı məlumat yayıb.

Ölən məktəbli qızın müəllimi Dildora Xudayberdiyevanın verdiyi məlumata görə, hadisə cədvəl üzrə üçüncü olan informatika dərsində baş verib.

“Dərs zamanı hər kəs aktiv idi, amma qız o qədər də aktiv deyildi. Sadəcə qeydlər edirdi. Zəngə 15 dəqiqə qalmış yıxılma səsini eşitdik. Şagirdin huşunu itirdiyi məlum oldu … Şagirdləri sinifdən çıxarıb tibb bacısını çağırdıq” deyib.

Məktəbin direktor müavini Dilnoza Xatamova qeyd edib ki, 14-16 sentyabr tarixlərində məktəbin heç bir şagirdində hərarət yox idi, o cümlədən 9 “B” sinif şagirdi də özünü yaxşı hiss edirdi.

Elə həmin gün, birinci sinif şagirdlərini peyvənd etmək üçün məktəbə gələn “Xavaslık” tibb mərkəzinin həkimləri huşunu itirən şagirdə ilk tibbi yardım göstəriblər.

Həyat əlamətləri olmamasına baxmayaraq ona ürək masajı edilib və süni nəfəs verilib. Lakin şagirdi xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbli qızın qəfil ölümü ilə bağlı araşdırma aparırlar.

Bundan əvvəl Daşkənddəki iki məktəbin müəllimlər arasında koronavirusun aşkarlanması səbəbi ilə karantinə qoyulduğu bildirilmişdi.

                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*