90 dəqiqə ərzində avtobusdan limitsiz istifadə: Bakıda yeni sistem tətbiq olunacaq? backend

90 dəqiqə ərzində avtobusdan limitsiz istifadə: Bakıda yeni sistem tətbiq olunacaq? 

Gürcüstanda ictimai nəqliyyatda sərnişinlər bir bilet ilə 90 dəqiqə ərzində limitsiz sayda avtobusdan istifadə edə bilirlər. Maraqlıdır, Azərbaycanda da belə bir sistemin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bunun üçün müəyyən sistem dəyişikliyi aparılmalıdır:

Ekspert deputatla razılaşmadı: Velosipeddən istifadə edənlərin sayı artıb

“Azərbaycanda da müəyyən vaxt aralığında bir nəqliyyat növündən digərinə keçid üçün yeni yanaşma tələb olunur. Bunun üçün Brutto müqavilələrə keçid vacibdir. Bu müqavilələr hər kilometrə görə, daşıyıcılara subsidiyaları özündə ehtiva edən bir sistemdir. Müasir böyük şəhərlər artıq bu modeli tətbiq edir və qonşu paytaxtlarda da sözügedən praktika mövcuddur”.

Ekspertin sözlərinə görə, bu model daşıyıcıların daha sağlam fəaliyyət göstərməsini, risklərin minimuma enməsini, həmçinin bankların nəqliyyat sektoruna kredit ayırmasında maraqlı olmasını təmin edir:

“Bu sistem bilet paketlərinin, günlük, həftəlik, aylıq abunələrin formalaşdırılmasına imkan yaradır. Bir çox şəhərlərdə 60 və ya 90 dəqiqəlik pulsuz keçidlər təklif olunur ki, bu da fərqli sərnişinlərin gündəlik xərclərini optimallaşdırır və ictimai nəqliyyatı daha əlçatan edir”.

Rauf Ağamirzəyev həmçinin vurğulayıb ki, Brutto kontraktların tətbiqi sürücülərin maaşlarının artırılmasına da zəmin yaradacaq:

“Bu, böyük şəhərlərin keçdiyi yoldur. Azərbaycandakı ictiami nəqliyyat sistemində də bu model tətbiq edilməlidir. Hər kilometrə görə subsidiyanın tətbiqi ilə biz daha keyfiyyətli və dayanıqlı ictimai nəqliyyata sahib ola bilərik”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*