93 yaşlı qadın WhatsApp sayəsində 40 illik ayrılıqdan sonra ailəsi ilə görüşdübackend

93 yaşlı qadın WhatsApp sayəsində 40 illik ayrılıqdan sonra ailəsi ilə görüşdü

Hindistanın yaşlı bir sakini 40 il bir ailənin himayəsində yaşayıb və WhatsAppdan gələn məlumatlar sayəsində qohumlarını tapıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Gulf News nəşri yayıb.

1979-cu ildə bir yük maşınının sürücüsü Madhya Pradeş ştatının Damoh dairəsində yolda gedən bir qadını görüb. O zaman 53 yaşında olan Pançubai adlı bir qadın arıların hücumundan gizlənmək istəyərkən itdiyini söyləyib.

“Onu bal arıları dişləyib və aydın danışa bilməyib” deyə bir yük maşınının sürücüsü oğlu İsrar Xan izah edib.

Xanın atası qadını evə aparıb və o, ailəsi ilə birlikdə yaşamağa başlayıb.

“Biz onu Aççhan Mausi çağırdıq. Onun psixikası pozulmuşdu, həmişə Maratxi dilində nəsə deyirdi. Hansı ki, biz onu başa düşmürdük. Bəzən mən ondan ailəsi haqqında soruşurdum, amma o bizə heç nə demirdi” deyib.

Facebook vasitəsilə Pançubai qohumlarını tapmağa çalışıb, lakin bu, heç bir nəticə verməyib.  “Daha sonra o, “Hanjma Nagar” adlı bir yer haqqında danışıb, lakin axtarış heç bir nəticə verməyib” deyib.

4 may 2020-ci ildə pandemiya səbəbiylə tətbiq olunan karantin zamanı Xan, indi 93 yaşında olan qadından məmləkəti haqqında yenidən soruşub.

“Parsapur adlı bir yer haqqında danışmağa başlayıb. Biz İnternetdə axtardıq və Maharaştra əyalətində Paraspur şəhərinin olduğunu bildik” deyib.

Mayın 7-də Paraspurdakı Abxişek adlı mağaza sahibi ilə əlaqə saxlayıb və qadın haqqında ona məlumat verib. Tacir cavab verib ki, şəhərin yaxınlığında “Hanjma Nagar” adlı bir kənd var. Bundan sonra Xan Abxışekə qadınla bağlı bir video göndərib və onu yerli WhatsApp qrupuna göndərib.

Yaşlı qadının videosu Maharashtra əyalətinin Nagpur şəhərində yaşayan Pançubainin nəvəsi Prithvi Bhaiyalal Şingana çatıb. Şinganın ailəsi onu evinə aparmaq istəyib, lakin karantin qarşısını alıb. 17 iyun koronavirus səbəbiylə qoyulan məhdudiyyətlər rahatlandıqda, Şingan nənəsini evinə aparıb.

Qadın oğlunu görə bilməyib,  2017-ci ildə ölüb. Şingan 1979-cu ildə nənəsinin axşam evdən çıxdığını və qonşularına atasının yanına getdiyini söyləyib. O gün yoxa çıxıb.

“Atam onu ​​illərdir axtardı, amma heç bir fayda verməyib. Üç il əvvəl onu tapsam, daha yaxşı olardı” deyib.

Vidalaşanda onu sığınan təkcə müsəlman ailəsi yox, təxminən 500 nəfərlik bütün kənd göz yaşları axıdıb.

Babək Göyüş                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*