97 yaşlı iranlı siyasətçi vəzifəsinə son verirbackend

97 yaşlı iranlı siyasətçi vəzifəsinə son verir

İranın Ekspertlər Məclisinin və Nəzarətçilər Şurasının rəhbəri olan Ayətullah Əhməd Cənnəti növbəti dövr üçün namizədliyini qeydə aldırmayıb.

KONKRET.az IRNA-ya istinadla xəbər verir ki, 97 yaşlı siyasətçinin bu addımı ölkədə sensasiya kimi qarşılanıb.

Onun bu addımının səbəbi bilinmir.

Noyabrın 11-də Ekspertlər Şurasına namizədlərin qeydiyyatı başa çatıb. 491 nəfər qeydə alınıb.

Xatırladaq ki, Ekspertlər Şurası İranın Ali dini liderini seçmək səlahiyyətinə malikdir.

Ayətullah Cənnətinin namizədliyini qeydə aldırmaması bu mənanı verir ki, yeni seçkilərdən sonra Şuraya başqa bir şəxs rəhbərlik edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*