99 yaşlı müharibə veteranı koronavirusdan sağaldı – FOTOLARbackend

99 yaşlı müharibə veteranı koronavirusdan sağaldı - FOTOLAR

Braziliyada İkinci Dünya Müharibəsi veteranı, 99 yaşlı Ermando Piveta koronavirusdan sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı aprelin 15-də Reuters agentliyi yayıb.

Mənbə bildirir ki, o, Brazilyadakı xəstəxananı tibb işçilərinin alqışları ilə tərk edib.

“Bu döyüşdəki qələbə mənim üçün müharibədəki qələbədən daha vacib idi. Müharibədə öldürürsən və ya yaşayırsan. Burada yaşamaq üçün mübarizə aparmaq lazımdır” deyib Piveta.

II Dünya Müharibəsi dövründə Piveta Afrikada xidmət edib.

Yaşlı bir braziliyalıya iki həftə əvvəl koronavirus diaqnozu qoyulub. Sətəlcəm davam edib və iki gün reanimasiya şöbəsində yatıb.

Xəstəxana direktorunun qeyd etdiyi kimi, Pivetanın ağciyər ventilyasiya aparatına ehtiyacı olmayıb və fiziki vəziyyətinə görə sağalıb.

Johns Hopkins Universitetinin son məlumatına görə, Braziliyada 25 262 nəfər koronavirusa yoluxub, onlardan 1532 nəfəri ölüb.

Babək Göyüş

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*