99 yaşlı qadın iki dəfə dəfn mərasimində dirildibackend

99 yaşlı qadın iki dəfə dəfn mərasimində dirildi

Zimbabvenin Şimal əyalətindəki Matabeleland kəndinin sakini xəstələnib və insult keçirib. Qohumları 99 yaşlı qadının dəfninə hazırlaşıblar və mərasim zamanı onun nəfəs aldığını görüblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Bulawayo 24” nəşri yayıb.

“Şənbə günü gecə saat üçdə, o öldü. Biz cənazə mərasiminə hazırlaşmağa başladıq, ölümü barədə kənd rəhbərinə xəbər verdik, qonşular toplaşıb qəbir qazmağa başladılar. Amma dəfn başlayanda kəfən altında hərəkət gördük”. “Mərhumun” yaxınlarından biri deyib.

Cənazə əlbəttə ki, dayandırılıb və yaşlı qadın evə aparılıb. Ertəsi gün qadın həyat əlamətlərini göstərməyi dayandırıb və ailə üzvlərinin dediyinə görə cəsədi soyuyub və yenidən onu dəfn etməyə gediblər.

Yenə qəbiristanlıqda yaşlı qadın nəfəs almağa başlayıb. Hər kəs bu anda şoka düşüb.

Qohumları, nəhayət onu xəstəxanaya aparmaq qərarına gəliblər və kənd başçısı sehrbazlarla məsləhətləşməyə başlayıb.

“Düşündük ki, o, ənənəvi bir dinə sitayiş etdiyinə görə belə şeylər ola bilər”. Kəndin başçısı izah edib.

Bu vaxt qadın yenidən ölüb. Üçüncü dəfə kəndlilər dəfnə tələsməyiblər və bir neçə saat gözləyiblər. Və yalnız bundan sonra onun cəsədi basdırılıb.

“Görünür, o, huşsuz olub və ürəyi zəif döyünüb. Buna görə qohumları və kənd sakinləri onun öldüyünü düşünərək dəfn etməyə başlayıblar”. Yaşlı qadının aparıldığı xəstəxananın həkimi deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*